Türkiyədə Akıncı 4-cü qırıcı təyyarə bazasını ələ keçirən "Fətullahçı" terror qrupunun üzvləri qiyam niyyətlərini həyata keçirə bilmədikləri üçün oranı tərk etməyə başlayıblar.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, qiyamçı əsgərlər xalqın arasına qarışmağa çalışırlar. Agentlik etibarlı mənbəyə əsaslanaraq xalqı xəbərdar edib.