Türkiyədə uydurma “erməni soyqırımı” abidəsi söküləcək
02 dekabr 2016 11:29 (UTC +04:00)

Türkiyədə uydurma “erməni soyqırımı” abidəsi söküləcək

 

Türkiyənin Tunceli vilayətinin Nazimiye rayonu ərazisində qondarma “erməni soyqırımı” ilə bağlı abidə söküləcək.

 

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, abidə qanunsuz olaraq ucaldılıb və hər bir qanunsuz tikili kimi sökülməlidir. Səfir sökmə işlərinin nə vaxt başlayacağı və tamamlanacağı barədə hələlik məlumatın olmadığını söyləyib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl “Sözcü” qəzeti Nazimiyedə bu ilin aprel ayında ucaldılmış qondarma “erməni soyqırımı” abidəsinin üzərində ASALA terror təşkilatı üzvlərinin, o cümlədən Monte Melkonyanın və PKK terrorçularının adlarının əks olunduğu barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

APA Baycan

Oxşar yazılar