Türkiyənin Həsəndədə bələdiyyəsində yerləşən Kimya Sənayesinə aid sursat deposunda avqustun 21-də gecə saatlarında partlayış baş verib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ətrafdjakı binaların pəncərələri sınıb, sakinlər arasında yüngül yaralananların olduğu bildirilib.
Bundan başqa sursat anbarındakı 5 nəfərlə əlaqə qurulub və onların sağlıq durumunu qaydasında olduğu haqda məlumat verilib.
Partlayış nəticəsində baş vermiş yanğının söndürülməsi üçün Ankaradan da yanğınsöndürənlər gətirilib.
Həsəndədə bələdiyyə sədri Vəli QOrxmaz partlayışla bağlı bunları deyib: «Tədbir məqsədi ilə ətrafdakılar köçürürük. Hələ ki həlak olan yoxdur. Hadisə yerinə çox yaxınlaşmırıq».