Türkiyədə minlərlə hakim və prokuror vəzifələrində dəyişiklik edildi
01 iyun 2019 05:33 (UTC +04:00)

Türkiyədə minlərlə hakim və prokuror vəzifələrində dəyişiklik edildi

Türkiyə Hakimlər və Prokurorlar Şurasının (HPŞ) Birinci Dairəsi tərəfindən elan edilmiş 2019 saylı qərarla inzibati məhkəmə sistemində 3 min 722 hakim və prokurorun vəzifə yerləri dəyişdirilib. 
 
ONA DHA-ya istinadən xəbər verir ki, müvafiq qərara görə, 20 bölgənin baş prokurorlarının yeri dəyişdirilsə də İstanbul, eləcə də FETO işini aparan Ankara Baş prokuroru Yüksel Kocaman öz postunda saxlanılıb.
 
HPŞ-nin internet səhifəsində yerləşdirilmiş qərarda göstərilib ki, Diyarbakır və İzmir də daxil olmaqla 20 inzibati ərazidə dəyişiklik edilib. Lakin İstanbul və Ankara Baş prokurorları vəzifələrində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132
avatar

Oxşar yazılar