Türkiyədə məktəbdə 300 uşaq zəhərləndi
04 may 2013 17:39 (UTC +04:00)

Türkiyədə məktəbdə 300 uşaq zəhərləndi

 

Türkiyənin Şanlıurfa vilayətində 300 uşaq qidadan zəhərlənib. Kütləvi zəhərlənmə Viranşəhir rayonundakı məktəblərdən birində qeydə alınıb. Lent.az-ın “Anspress”ə istinadən verdiyi məlumata görə, məktəb yeməkxanasında yedikləri yeməkdən zəhərləndikləri ehtimal edilən şagirdlər ürəkbulanma ilə xəstəxanalara çatdırılıblar.

 

Onların bir qismi ilkin tibbi yardımdan sonra evə buraxılsa da, əksəriyyətinin müalicəsi davam etdirilir. Zəhərlənmə faktı ilə bağlı araşdırma başladılıb, hələlik heç bir rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar