Türkiyədə keçmiş nazir haqqında həbs qərarı verildi
08 sentyabr 2017 21:32 (UTC +04:00)

Türkiyədə keçmiş nazir haqqında həbs qərarı verildi

0

Dünən ABŞ-da Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan, “Xalq Bank”ın keçmiş icraçı direktoru Süleyman Aslan, köməkçisi Ləvənt Balkan və Abdullah Happani haqqında istintaq başladılmışdır. 

 

Lent.az-ın "qafqazinfo"-ya istinadən xəbərinə görə, hazırda həbsdə olan Rza Zərrabın cinayət işinə şübhəli şəxs qismində əlavə edilən həmin şəxslər haqqında bu gün həbs qərarı çıxarılıb.

 

Beləliklə, cinayət işi üzrə şübhəlilərin sayı 9 nəfərə çatıb.

 

Qeyd edək ki, biznesmen Rza Zərrab bank fırıldaqçılığına görə 19 mart 2016-cı ildə ABŞ-ın Mayami şəhərində həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar