Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi proseduru bəlli oldu
21 iyul 2016 02:26 (UTC +04:00)

Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi proseduru bəlli oldu

Türkiyə Təhlükəsizlik Şurasının ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı tövsiyə xarakterli qərarı Nazirlər Kabineti tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

 

APA-nın NTV telekanalına istinadən məlumatına görə, Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 ay ərzində fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək.

 

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətləri artacaq, təhlükəsizlik qüvvələri valilərin təlimatı ilə hərəkət edəcək: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olmaqla, əsgərlərimizlə birlikdə Türkiyə Silahlı Qüvvələri içərisindəki bütün virusları təmizləyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar