Türkiyənin paytaxtında <span style="color:red;">FƏTÖ ƏMƏLİYYATI:  200-ə yaxın polis qovuldu
23 avqust 2016 14:51 (UTC +04:00)

Türkiyənin paytaxtında FƏTÖ ƏMƏLİYYATI: 200-ə yaxın polis qovuldu

 

Türkiyədə daha 192 polis əməkdaşı işdən xaric edilib.

 

Lentaz-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, Ankarada  Fətullahçı Terror Təşkilatı ilə əlaqəli olan şəxslərlə bağlı aparılan istintaq hərəkətləri davam edib.

 

Ankara Polisində aralarında Terrorla Baş Mübarizə İdarəsinin rəis müavini də olmaqla, 192 fərqli rütbədə polis işdən xaric edilib. Bir çox şöbə rəisləri barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, FƏTÖ-çü polislər telefonda “ByLock” adlı şifrəli xəbərləşmə proqramından istifadə ediblər.

 

Qeyd edək ki, bir neçə gün ərzində həmin səbəblərdən İstanbul Polis İdarəsindən də 95 əməkdaş xaric edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar