Türkiyənin Balıkəsir yaşayış məntəqəsində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri general-leytenant İshaq Dayıoğlu saxlanılıb.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, İshaq Dayıoğlu hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.