Türkiyənin Kayseri şəhərində ağır yol qəzası qeydə alınıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Kayseri-Malatya avtomobil yolunda təcili yardım maşını minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəzada ölənlərin hamısı bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir.