Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı iş üzrə 9-u general olmaqla 311 hərbçi axtarışdadır.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq bəyan edib.
O, inventarda çatışmayan təyyarə və helikopterlərin olmadığını, yalnız mərmi və başqa sursatların itə biləcəyini qeyd edib.