Türkiyədə Daxili İşlər Nazirliyi böyük bir əməliyyat keçirdi. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 7899 polis, 614 jandarma, 30 vali, 47 icra nümayəndəsi - (kaymakam) və 246 müfəttiş vəzifəsindən kənarlaşdırılıb.
Ən son məlumata görə, Daxili İşlər Nazirliyi sistemindən mülki işçilərlə birlikdə 8777 nəfərin işdən qovulduğu deyilir.