Türkiyədə 227 hakim və prokuror işdən uzaqlaşdırıldı
20 fevral 2017 22:07 (UTC +04:00)

Türkiyədə 227 hakim və prokuror işdən uzaqlaşdırıldı

Türkiyədə FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ötən ilin iyulunda dövlət çevrilişinə cəhd ilə bağlı cinayət işi çərçivəsində vəzifəsindən kənarlaşdırılıb.

 

Türkiyə hakim və prokurorlar ali şurasının sədr müavini Mehmet Yılmazın bildirdiyinə görə, indiyədək dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı 3886  hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar