Türkiyə XİN-dən Krım tatarlarına çağırış
26 fevral 2014 21:02 (UTC +04:00)

Türkiyə XİN-dən Krım tatarlarına çağırış

Türkiyənin Xarici İşlər Nazirliyi Ukraynadakı böhranda bağlı bəyanat yayıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, nazirlik Kiyevi yaranmış vəziyyətin demokratik prinsiplər və konsensus yolu illə həllinə çağırıb.

 

«Biz ümid edirik ki, qonşumuz və strateji tərəfdarımız Ukraynada yaranmış siyasi böhran bütün tərəflərin iştirakı ilə  demokratik prinsiplər və konsensus əsasında həll olunacaq. Ana Yasa çərçivəsində xalqın birliyi və ərazi bütövlüyü əsasında çıxış yolu axtarılması indi ən vacib məsələdir»-deyə, bildirilib.

 

XİN Krımdakı şəraiti də şərh edib: «Biz Krım Muxtar Respublikasındakı tatar soydaşlarımızdan və bütün tərəflərdən müdriklik və dözümlülük gözləyirik».

 

Nazirliyi onu da bildirib ki, Ukrayna xalqının qanuni tələbləri əsasında istənilən demokratik qərarı Türkiyə dəstəkləməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1601
avatar

Oxşar yazılar