Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.
N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".
Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.