9 günlük bayram fasiləsindən sonra işə başlayan Türkiyə parlamentində münaqişə baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri arasında mübahisə yumruq-təpik davasına çevrilib.
Mübahisəyə səbəb İŞİD məsələsi olub. Müzakirələr zamanı MHP-li millət vəkili Sinan Oğanın fikirlərinə etiraz edən AKP-li deputatlar bunu çox sərt formada ifadə ediblər. Nəticədə tərəflər bir-birinin üstünə gedib və mübahisə yumruq-təpik davasına çevrilib.
Sinan Oğanın ciddi xəsarət aldığı bildirilir.