Türkiyə ordusu növbəti dəfə Suriyaya daxil oldu
03 sentyabr 2016 15:15 (UTC +04:00)

Türkiyə ordusu növbəti dəfə Suriyaya daxil oldu

0

Türkiyə ordusu növbəti dəfə Suriyaya daxil olub. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinni ağır texnikası bu gün Kilisin Elbeyli qəsəbəsindən Suriyanın Ray qəsəbəsinə daxil olub.

 

Bildirilir ki, Türkiyə ordusu ərazidə aktivləşmiş İŞİD qüvvələrinə qarşı əməliyyatlarda iştirak edəcək və yerli demokratik qüvvələrə dəstək verəcək.

 

“Fərat Qalxanı” adı verilmiş əməliyyatın 11-ci günündə Suriya ərazisinə Türkiyədən ümumilikdə 20 tankın və 5 zirehli maşının daxil olduğu qeyd edilir.

 

Qeyd edək ki, quru əməliyyatlarına Türkiyə havadan da dəstək verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar