Trampın mətbuat katibi üzr istədi
12 aprel 2017 03:38 (UTC +04:00)

Trampın mətbuat katibi üzr istədi

ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,  Şon Spayser öz açıqlamasını yersiz adlandırıb.  

 

“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, - deyə Spayser  uğursuz açıqlama verib.

 

 “Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik... Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, - deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib. 

 

Jurnalistlər brifinqdən sonra Spayserə nasist Almaniyasında qaz kameralarından istifadə olunduğunu xatırlatdıqda, Ağ Ev rəsmisi bu barədə məlumatlı olduğunu bildirib: “Hitler şəhərlərdə, öz vətəndaşlarına qarşı kimyəvi silahlardan Əsəd kimi istifadə etməyib”.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar