Tramp xeyriyyə fondunu bağladı
25 dekabr 2016 15:17 (UTC +04:00)

Tramp xeyriyyə fondunu bağladı

0

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün xeyriyyə fondunu bağlayıb. Lent.az dünya mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl Nyu York prokurorluğunun barəsində araşdırmaya başladığı fondun fəaliyyətini dayandırması ilə bağlı Tramp özü məlumat verib.

 

Yanvarın 20-də rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp xeyriyyə işlərinə bundan sonra da davam edəcəyini deyib: “Prezidentlik vəzifəmin icrası vaxtı hər hansı qarşıdurma ehtimalından yayınmaq üçün bu addımı atdım. Amma bundan sonra ehtiyacı olanlar üçün yardımlarımı başqa yollarla da olsa davam etdirəcəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar