ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib.
Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib. Ronni Cekson bu vəzifədə Devid Şulkini əvəzləyəcək.
ABŞ prezidenti "Twitter" hesabında yazıb: "Mən bildirməyə şadam ki, tibb elmləri doktoru hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm".
Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir.