Tramp Nyu-Yorkda Ərdoğanla görüşəcək
15 sentyabr 2017 23:13 (UTC +04:00)

Tramp Nyu-Yorkda Ərdoğanla görüşəcək

0

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.

 

APA-nın məlumatına görə görə, bunu ABŞ prezidentinin müşaviri Herbert Makmaster jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

 

“Sentyabrın 21-də prezidenti Tramp Türkiyə, Əfqanıstan və Ukrayna liderləri ilə görüşəcək. Daha sonra prezidentin Cənubi Koreya və Yaponiya rəhbərləri ilə birgə işçi nahar edəcəyi gözlənilir. Bundan əvvəl, sentyabrın 18-də prezident Fransa və İsrail liderləri ilə görüşəcək”, deyə H.Makmaster bildirib.

 

Qeyd edək ki, BMT Baş Assambleyasının növbəti 72-ci sessiyası sentyabrın 12-də BMT-nin mənzil-qərargahında başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar