Tokio aeroportunda iki təyyarə toqquşub
22 mart 2019 09:22 (UTC +04:00)

Tokio aeroportunda iki təyyarə toqquşub

Yaponiyanın Narita beynəlxalq hava limanında “Air Japan” aviaşirkətinə məxsus “Boeing 767” tipli yük təyyarəsi beynəlxalq poçt daşınması şirkəti “FedEx”-ə məxsus “McDonnell Douglas MD-11” təyyarəsi ilə toqquşub.
 
ONA-nın verdiyi xəbərə görə, bu barədə yerli “Kyodo” agentliyi məlumat yayıb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, hər iki təyyarə Şanxay şəhərinə uçmağa hazırlaşarkən toqquşublar. “Boeing 767” tipli təyyarənin arxa hissəsi, digər təyyarənin isə mühərriki zədələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar