Tətilə görə 62 təyyarə reysi baş tutmadı
İspaniyanın Barselona şəhərində “İberia” hava yollarının əməkdaşlarının tətil etməsi nəticəsində 62 reys təxirə salınıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, tətil edən əməkdaşlar müqavilələrində dəyişiklik edilməsini və əməkdaşların sayının artırılmasını tələb edirlər.
İyulun 28-də tətilə görə daha 73 reysin təxirə düşəcəyi güman edilir.
801