Terroristin yasına gedən millət vəkili haqqında <span style="color:red;">CİDDİ İTTİHAM
16 mart 2016 17:39 (UTC +04:00)

Terroristin yasına gedən millət vəkili haqqında CİDDİ İTTİHAM

 

Ankarada 29 nəfərin həyatını itirməsinə səbəb olan terrorçunun yasına gedən türkiyəli millət vəkili barəsində rəsmi araşdırma başlanılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,  Xalqların Demokratiyası Partiyasının ( HDP)  Van bölgəsindən olan millət vəkili Tuğba Hezer barəsində Ədliyyə Nazirliyi hökumət qarşısında məsələ qaldırıb. Onun barəsində sənədlər Türkiyə Böyük Millət Məclisinə də göndərilib. İddialar əsasən millət vəkilinin toxunulmazlıq hüququnun ləğvi ilə bağlıdır. Bu ciddi ittiham rəsmi şəkildə əsaslandırılıb. 

Buna səbəb millət vəkili Tuğba Hezerin  bu il fevralın 17-də paytaxt Ankarada təşkil olunan və 29 şəxsin ölümü ilə nəticələn terror hadisəsini törədən Abdulbaki Sömerin yasına gedib, ailəsinə başsağlığı verməsi olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Səlcuq Elçin

Oxşar yazılar