Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının silahlıları tərəfindən girov götürülən 200 məktəbli qızı və 93 qadını azad edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Sky News nəşri məlumat yayıb.
Ordu nümayəndələri xüsusi əməliyyat zamanı terrorçuların 3 düşərgəsinin məhv edildiyini qeyd edib.
Şahidlər terrorçulardan azad edilmiş Damasak şəhərinin küçələrində yüzlərlə naməlum dinc sakinin cəsədlərinin olduğunu bildirir.
Xatırladaq ki, “Boko Haram” qruplaşması keçən ilin aprelində Nigeriyanın şimal-şərqində Şibok şəhərindəki orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlamışdı.