Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə bəhai dininə mənsub daha bir azərbaycanlının tutulduğu bəlli olub.
Lent.az-ın “Media forum” istinadənməlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı bəhai Şəbnəm İsaxanini yaşadığı evdə tutaraq, bilinməz, istiqamətə aparıblar.
Evdə yoxlama aparılıb, təbrizli bəhaiyə məxsus kompüter, peyk anteni, dini kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Şəbnəm İsaxaninin konkret nədə günahlandırıldığı bilinmir.
Xatırladaq ki, ötən gün Təbrizdə bir bəhai ailəsinin bütün üzvləri həbs edilib.
İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır.