Tanınmış amerikalı müğənni Uitni Hyustonun qızı dünyasını dəyişib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, 22 yaşlı Bobbi Kristina Braunun dünən 6 aydır müalicə olunduğu xəstəxanada ölüb.
Bobbi xəstəxanada beynində böyümə olduğu üçün süni komaya salınmışdı.
Gənc müğənni bu il yanvarın 31-də yaşadığı evdə əri və dostu tərəfindən hamamda huşsuz vəziyyətdə tapılmışdı.
Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzü üstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı.