Misirin müvəqqəti hakimiyyəti İnterpoldan tanınmış din xadimi Yusif əl-Qardafinin tutulmasını istəyib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, ərəb KİV onun Qətər ərazisində gizləndiyini yazıb.
Bu din xadimi 2011-ci il inqilabı zamanı məhbusların həbsxanadan kütləvi qaçışının təşkili ilə bağlı axtarılır.
Mənbə xatırladıb ki, Yusif əl Qardavi hələ 1961-ci ildə Misirin o vaxtkı prezidenti Camal Əbdül Nasirin mövqeyindən razı olmadığı üçün ölkəni tərk etmişdi. O, ölkəsinə Hüsnü Mübarək hakimiyyəti devrildikdən sonra dönmüşdü.