Tacikistanda 13 məhbus köçürülmə zamanı zəhərlənmədən ölüb
08 iyul 2019 05:14 (UTC +04:00)

Tacikistanda 13 məhbus köçürülmə zamanı zəhərlənmədən ölüb

 

Tacikistanda məhbusların ölkənin şimal bölgəsindən Düşənbə şəhərindəki və cənubdakı koloniyalara köçürülməsi zamanı 13 dustaq zəhərlənmə nəticəsində ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Ədliyyə Nazirliyinin Cinayət Cəzalarının İcrası üzrə Baş İdarəsindən bildirilib.

“Tibb işçilərinin apardığı reanimasiya tədbirlərindən sonra yalnız üç məhbusun həyatını xilas etmək mümkün olub. Təəssüflər olsun ki, göstərilən bütün tibbi yardımlara baxmayaraq, 13 nəfərin həyatını xilas etmək mümkün olmayıb”, - nazirliyin yaydığı məlumatda belə deyilir.

Məlumata görə, dustaqların zəhərlənməsi 128 nəfərin İstaravşan və Xucənd şəhərlərindəki islah müəssisələrindən Düşənbə, Nurek və Yavan şəhərlərindəki koloniyalara köçürülməsi zamanı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar