Qırğızıstanın baş naziri Jantoro Satıbaldıyev respublikanın uyğun qurumlarına Tacikistan sərhədində baş vermiş olaydan sonra həmin ərazilərdə mühafizə rejimini gücləndirməyi tapşırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, baş vermiş məlum olay nəticəsində 5 qırğız sərhədçisi yaralanıb.
Bundan başqa baş nazir ölkənin xarici işlə nazirinə Tacikistan Xarici İŞlər Nazirliyinə uyğun etiraz notası hazırlayıb, təqdim etməyi tapşırıb.
Qırğızıstan hakimiyyəti bildirib ki, hazırda sərhəd bölgəsindəki münaqişə lokallaşdırılıb. Hər iki ölkənin baş nazir müavinləri arasında telefon danışığı olub. Tərəflər olayın birgə araşdırılması ilə bağlı razılığa gəliblər.
***
20.14
Tacikistan-Qırğızıstan sərhədində iki ölkə sərhədçiləri arasında atışma baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, azı beşə nəfər çeşidli dərəcədə ağır yaralanıb.
Mənbə bildirib ki, atışmaya səbəb sərhədçilər arasında mübahisə olub. Bu sonradan atışmaya çevrilib.
Rəsmi Bişkek Tacikistanın minaatanlardan istifadə etdiyi haqda bəyanat yayıb.
Son bir neçə ayda bu Qırğızıstan-Tacikistan sərhədindəki üçüncü silahlı münaqişədir.
Tərəflər sərhədlərin demarksiyası və delmitasiyası (sərhədlərin bölünməsi) ilə bağlı bütün münaqişəli məsələləri dinc yolla həll etməyə çalışsa da bu hələlik bir nəticə verməyib. Ölkələr arasındakı sərhədin uzunluğu 900 km-dir. Bunun böyük hissəsi işarələnməyib.
Bir sıra hallarda şərti sərhəd xətti yaşayış məntəqələri və ya yola düşür. Nəticədə bu yerli sakinlər üçün əngəl yaradır. Bu özünü daha çox su mənbələrinə və yola çıxışda özünü göstərir.
Xatırladaq ki, Tacikistan Orta Asiyada qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməkdədir. Ötən illərdə Özbəkistan prezidenti İslam Kərimovla Tacikistan prezidenti İamaməli Rəhman arasında bu əsasda münaqişə yaranmışdı. Bundan başqa Tacikistan sərhədçiləri zaman-zaman Özbəkistan sərhədinin pozur.