Suriyada atəşkəs rejimi qüvvəyə mindi
30 dekabr 2016 03:27 (UTC +04:00)

Suriyada atəşkəs rejimi qüvvəyə mindi

0

Suriya ordusu, razılaşmanın şərtlərinə uyğun olaraq, ölkənin bütün ərazisində hərbi əməliyyatları dayandırıb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Suriyadakı hərbi mənbə bildirib.   

 

Bundan əvvəl Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

 

Razılaşma “Cəbhə ən-Nüsrə” və İŞİD qruplaşmalarına şamil edilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar