Suriya hakimiyyəti Rusiyaya məxsus təyyarənin ölkənin hava məkanında atəşə tutulmasının təkzib edib.
Lent.az-nı xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda dövlət SANA agentliyi rəsmi açıqlama yayıb.
Mənbə bildirib ki, Rusiya təyyarəsinin pilotu Suriya mülkü aviasiya idarəsinin Dəməşqdəki dispetçeri ilə əlaqə saxlayıb «heç bir olayın olmadığın və bütün qaydalara uyğun fəaliyyət» göstərilib.
Bundan başqa idarə vurğulayıb ki, Rusiya təyyarəsi uçarkən Suriya radarları qeyri-adi nəsə qeydə almayıblar.
Xatırladaq ki, Rusiyanın «NordWind Airlines» hava yolları şirkətinə məxsus sərnişin təyyarəsinə Suriya səmasında atəş açılıb.
Şirkət bildirib ki, aprelin 29-da Şarm-əl-Heyx –Kazan çarter marşrutu ilə uçan «A-320» təyyarəsinin uçuş heyəti Suriyanın hava məkanında hərbi əlamətli davranış qeydə alıb: «Bu onların təhlükəsizliyini təhdid etdiyinə təyyarə uçuş cədvəli üzrə nəzərdə tutulan hava limanına enib».
Mənbənin məlumatına əsasən, Suriya tərəfi aprelin 29-da naməlum qüvvələr «Yer-Hava» tipli iki raket buraxıb.
Bunun ardınca Rusiyanın hava nəqliyyat agentliyi sərnişin təyyarələrinin Suriya üzərindən uçuşunu qadağan edib.
Qadağa aprelin 29-dan qüvvəyə minib və qeyri-müəyyən vaxtadək davam edəcəyi nəzərdə tutulub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşevic jurnalistlərə açıqlamasında bildirib ki, Misirdən Kazana uçan Rusiya təyyarəsinin Suriyanın hava məkanında raket təhlükəsi ilə üzləşməsi onları belə addım atmağa vadar edib.
Məlumatı Kazanda Rusiya televiziyasına «Airbus A 320» təyyarəsinin baş pilotu Nikolay Raspopov da təsdiqləyib.
Olay günü təyyarədə 150 sərnişin olub.