Suriya qoşunları Hama əyalətindəki Türk müşahidə postunu atəşə tutdu
08 sentyabr 2019 20:39 (UTC +04:00)

Suriya qoşunları Hama əyalətindəki Türk müşahidə postunu atəşə tutdu

 
 
Suriya ordusu bazar günü Hama əyalətinin şimalındakı Türk qoşunlarının müşahidə postunu atəşə tutdu.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. 
 
Qeyd edilib ki, Şir-Magar bölgəsindəki türk qoşunlarının postu və düşərgəsi yaxınlığında mərmi partladılıb. Ölən və yaralananlar yoxdur.
 
Qeyd edək ki, bu il avqustun 19-da və 28-də də analoji hadisə Hələbin cənub-qərbindəki Rəşidin bölgəsində, eləcə də Hama və İdlib əyalətlərinin sərhəddindəki Morik şəhərində baş vermişdi. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar