Suriya müxalifətinin nümayəndələri Astanadadır
22 yanvar 2017 08:12 (UTC +04:00)

Suriya müxalifətinin nümayəndələri Astanadadır

Suriya müxalifətinin nümayəndələri danışıqlarda iştirak etmək üçün Astanaya gedib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Qazaxıstan XİN-nin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib. Onun sözlərinə görə, yaxın zamanda Suriya hökumətinin nümayəndə heyətinin  Astanaya səfəri gözlənilir.  

 

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq. 

 

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyəcək, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar