Suriya İslam Məclisi “İŞİD” haqda fitva verib
19 iyun 2014 06:54 (UTC +04:00)

Suriya İslam Məclisi “İŞİD” haqda fitva verib

0

Suriya İslam Məclisi (SİM) “İraq Şam İslam Dövləti” ilə bağlı yazılı açıqlama yayıb.

 

Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, məclis bildirib: “İŞİD-in sünniliklə heç bir əlaqəsi yoxdur”. SİM-in bəyanatında bu yaraqlıların Suriyada da insanlara zülm verdiyi vurğulanıb.

 

Məclis İŞİD-in insan haqlarını pozduğunu, inqilaba qarşı fəaliyyət göstərdiyini və “kəşfiyyat təşkilatları ilə əlaqəli olduğu”nu bildirib.

 

SİM-in bəyanatında aşağıdakılar da vurğulanıb: “Kəşfiyyat agentləri, müxaliflərin arasına sızaraq Suriya inqilabını məqsədindən sapdırmağa çalışıb, bu hədəflərinə çata bilmədiklərini görüb, “İŞİD” adı altında müxalifətdən ayrılaraq, suriyalı inqilabçılara hücuma başlayıblar.  Ona görə də “ İŞİD”-a qarşı savaşmaq bütün müsəlmanlara vacibdir”.

 

Mənbə xatırladıb ki, SİM Suriyanın ictimai xadimləri, etnik qrupların təmsilçiləri, müxalifət qrupların dini xadimləri tərəfindən 121 nümayəndə və 21 təmsilçidən formalaşıb.

 

“İslam Məclisi”-nin üzvləri arasında, Şeyx Memduh Cüneyt, doktor Əbdülkərim Bekkar, djoktor Hüseyn Əbdülhadi, doktor Fida Məczub, Şeyx Yasir əl -Masaddi kimi Suriyada tanınan şəxslər var.

 

Məclisini başçısı suriyalı islam alimi Üsamə Rifahidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2287

Oxşar yazılar