Suriya hökuməti müxalifətlə danışıqları bərpa etməyə hazırdır.
APA-nın “Vesti.Ru”ya istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsədin müşaviri Büseynə Şaaban bəyan edib.
“Biz danışıqları bərpa etməyə tam hazırıq. Bundan başqa, biz hazırda çox mühüm istiqamətdə - Suriyada milli barışığa nail olunması istiqamətində irəliləyirik”, - deyə Şaaban “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Suriya hökuməti xalqın daxilində barışığın əldə edilməsi məsələsində artıq çox böyük uğurlara nail olub.
“Suriyada harada mümkündürsə barışığa nail olmağa çalışırıq, biz siyasi prosesə açığıq”, - deyə Şaaban qeyd edib.
Qeyd edək ki, Suriyada atəşkəs rejiminə qoşulmuş yaşayış məntəqələrin sayı 807-yə çatıb.