Sorğu: Klinton yenidən önə keçdi
30 iyul 2016 03:07 (UTC +04:00)

Sorğu: Klinton yenidən önə keçdi

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır. 

 

APA-nın “Reuters” agentliyinə  istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 40,5 faizini, Tramp isə 34,6 faizini toplaya bilər.

 

Əvvəlki sorğuda  Tramp Klintonu 2 faiz qabaqlayırdı.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar