Sloveniya Xorvatiyanı hədələyib
31 dekabr 2017 10:39 (UTC +04:00)

Sloveniya Xorvatiyanı hədələyib

Sloveniya ərazi mübahisəsi ilə əlaqədar Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına əməl etməyən Xorvatiya ilə bağlı Avropa İttifaqı Məhkəməsinə müraciət etməyə və digər tədbirlər görməyə hazırlaşır.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Sloveniyanın xarici işlər naziri Karl Ervets bəyan edib.

 

Sloveniya xarici işlər naziri şənbə günü Xorvatiyanın 3 balıqçı gəmisinin xorvat polis katerinin müşayiəti ilə Adriatik dənizində Piran körfəzinin Sloveniyaya məxsus akvatoriyasına daxil olduğunu bildirib. Hər iki ölkə dənizin bu hissəsinə iddia edir. Sloveniya Haaqadakı Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına əsaslanır. Bu ilin iyununda Arbitraj Məhkəməsinin Sloveniya və Xorvatiyanın quruda və suda mübahisəli sərhədi ilə bağlı qərar verib. Məhkəmə qərarı şənbə günü qüvvəyə minib. Bundan əvvəl Arbitraj Məhkəməsindən çıxan Xorvatiya məhkəmənin qərarını qəbul etmir və qərarı icra etməyə hazırlaşmır.

 

Sloveniya xarici işlər naziri deyib ki, Xorvatiya polisi Sloveniyanın suverenliyini pozur. K. Ervets Sloveniyanın belə halları qeydə aldığını və Xorvatiya ilə bağlı Avropa İttifaqı Məhkəməsinə müraciət edəcəyini bəyan edib. Eyni zamanda Sloveniyanın Arbitraj Məhkəməsinin qərarını tanımayacaq Xorvatiyanın Şengen zonasına və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmasına razılıq verməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

APA Baycan

Oxşar yazılar