Türkiyədə bir nəfər siqaretin tərgitməyin orjinal çarəsini tapıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kütahya şəhərində yaşayan 42 yaşlı İbrahim Yücel siqareti tərgitmək üçün qeyri-adi yola əl atıb. O, özəl hazırlatdığı dəmir qəfəsi başına keçirib.
Onun sözlərinə görə, qəfəsin açarı isə həyat yoldaşındadır. Siqareti tərgitməyincə həyat yoldaşı qəfəsin ağzını açmayacaq.