Şimali Kipr hökumətinin başçısı  ilk dəfə qadın olacaq
12 iyun 2013 00:13 (UTC +04:00)

Şimali Kipr hökumətinin başçısı  ilk dəfə qadın olacaq

Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Əroğlu millət vəkili Sibel Sibəri qəbul edərək, ona yeni hökuməti qurmaq vəzifəsini tapşırıb.

 

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, S.Sibər 3 partiyadan ibarət yeni nazirlər kabinetini formaşlaşdırıb, qısa müddətdə prezidentə təqdim etməlidir.

 

Prezident bildirib ki, 3 partiya bir araya gələrək, yeni hökumətin formalaşdırılması məqsədi ilə Sibel Sibərə tapşırıq verib. D.Əroğlu iyunun 28-dən sonra yeni hökumətin yaranacağını da vurğulayıb. O, bu tarixidən sonra yeni nazirlər kabinetini «qəzasız, bəlasız və demokratik bir seçimlə» ictimaiyyətə təqdim edəcəklərini söyləyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar