Səudiyyə Ərəbistanında ultramühafizəkarlar tərəfindən kino-teatr şəbəkəsinin fəaliyyəti yasaqlanıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bir qrup iş adamı belə bir şəbəkənin yaradılması ilə bağlı hakimiyyətə müraciət edib.
Hakimiyyət prinsipcə, ölkədə kinoteatrların açılmasına qarşı olmadığın bildirərək, sərmayəçilərdən layihə barəsində ətraflı plan təqdim etmələrini istəyib.
İdeya müəlliflərindən biri, Mütləq əl-Bukami məsələni “əl-Ərəbiyyə” telekanalı üçün şərh edərkən bildirib ki, hər il Səudiyyə təbəələri Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin kino-teatrlarında milyard dollara yaxın xərcləyirlər.
Onun sözlərinə görə, kino-teatrların açılması iqtisadi cəhətdən Səudiyyə Ərəbistanına sərfəlidir.
Mütəxəssislər qeyd edib, peyk televiziyalarının mövcud olduğu dövrdə kino-teatrların açılmasının yasaqlanmasının mənası yoxdur.