Kral Ərdoğanın oğluna 100 milyon dolları niyə verib?
30 iyul 2014 16:20 (UTC +04:00)

Kral Ərdoğanın oğluna 100 milyon dolları niyə verib?

Səudiyyə Ərəbistanının kralı Abdullah Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanın oğluna 100 milyon dollar pul ayırıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Bilal Erdoğana məxsus “TÜRGEV” təşkilatına ərəb kralı tərəfindən külli miqdarda pul bağışlanıb.

 

Bildirilir ki, bir neçə il əvvəl krala təqdim edilən layihə 2 il əvvəl Səudiyyə kralı tərəfindən bəyənilib və bu layihənin icrasına pul ayrılmasına qərar verilib. 

 

Qeyd edək ki, baş nazir Ərdoğanın oğlu “TÜRGEV” təşkilatından bir müddət əvvəl istefa verib və bu vəzifənin icrası Arzu Akalıma tapşırılıb. A.Akalım mediaya açıqlamasında pulun kral tərəfindən bağışladığını, amma bu vəsaitin layihənin qəbuluna heç bir aidiyyatı olmadığını bildirib.

 

Onu da qeyd edək ki, bu barədə ilk olaraq Türkiyənin ana müxalifət partiyası olan CHP-nin rəhbəri Kamal Kılıcdaroğlu danışıb. Bundan sonra türk mediası iddialarla bağlı araşdırmalar aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1945

Oxşar yazılar