Sergey Lavrov: "ABŞ-la Rusiya arasındakı münasibətləri pozmaq istəyənlər var"
12 aprel 2017 22:00 (UTC +04:00)

Sergey Lavrov: "ABŞ-la Rusiya arasındakı münasibətləri pozmaq istəyənlər var"

"Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonu Rusiya prezidenti Vladimir Putin qəbul edib. Putin-Tillerson görüşü iki sаatdan çox çəkib".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

O, Reks Tillersonla 5 saatdan çox danışıqlar apardığını söyləyib: "Daha sonra danışıqlar Kremldə davam etdirildi. Danışıqlar açıq və ətraflı keçdi. İkitərəfli münasibətləri, beynəlxalq gündəmdə olan vacib məsələləri müzakirə etdik".

 

Rusiya-ABŞ münasibətlərindən danışan Sergey Lavrov iki ölkə arasındakı münasibətləri pozmaq istəyənlərin olduğunu söyləyib: "Görürük ki, bizim münasibətlərimizə maneə olmaq istəyirlər. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlıq edəndə bundan nəinki xalqlarımız, bütün dünya udur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar