Avstriyanın səhiyyə naziri Sabina Oberhauzer uzun sürən xərcəng xəstəliyindən vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən həftə səhhəti qəfil pisləşən 53 yaşlı sosial-demokrat xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
2014-cü ildən səhiyyə naziri vəzifəsinə təyin olunmuş Sabina Oberhauzer xəstəliyi barədə 2015-ci ilin əvvəlində məlumat vermişdi.
Xəstəlik şiddətləndikdən sonra bu vəzifəni müvəqqəti olaraq sosial məsələlər naziri Aloisu Ştoqeru icra etməyə başlayıb.