Şəhər meri öz xidməti maşınında öldü
23 aprel 2015 02:24 (UTC +04:00)

Şəhər meri öz xidməti maşınında öldü

Rusiyanın Kaluqa şəhərinin meri vəzifəsini icra edən Konstantin Baranov Moskvada öz xidməti avtomobilində ölüb.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "İnterfaks"a hüquq-mühafizə oqranlarındakı mənbə bildirib.

 

Mənbənin zölərinə görə, bu axşam Baranov avtomobildə sərnişin qismində Leninski prospektlə gedərkən qəflətən halı pisləşib. Hadisə yerinə təcili-tibbi yardım gəlsə də, Baranovu xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar