Ermənistan prezidenti Serj Sarkisyan 26-28 fevral tarixlərində Brüsselə edəcək səfər çərçivəsində NATO baş katibi Yens Stoltenberq, Aİ Şurasının rəhbəri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Aİ diplomatiya rəhbəri Federika Mogerini ilə görüşəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər zamanı Sarkisyan həmçinin Karneqi Araşdırma Mərkəzinin ekspertləri, habelə Belçikadakı erməni iş adamları ilə görüşəcək.