İspaniyanın keçmiş müdafiə naziri Karme Çakon Madriddəki evində ölü tapılıb.
Lent.az-ın sozcu-yə istinadən xəbərinə görə, 46 yaşında həyatını itirən Çakon ölkənin ilk qadın müdafiə naziri olub.
Ailəsi tərəfindən dünəndən bu yana xəbər alına bilməyən köhnə nazirin evinə bir neçə yoldaşı baş çəkib. Qapını açan olmadığından polisə xəbər verilib. Evə girən polislər Çakonun cansız bədəniylə qarşılaşıblar. Onun infarkt keçirdiyi bildirilir.