Sabiq general: "Əsəd kimyəvi silahları gizlədib"
15 aprel 2017 07:45 (UTC +04:00)

Sabiq general: "Əsəd kimyəvi silahları gizlədib"

2013-cü ildə Suriya ordusundan fərarilik etmiş general Zaher əs-Sakat iddia edir ki, hökumət yüzlərlə ton kimyəvi silahları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT) gizlədib. Bununla belə artıq üç ildir ki Suriyada olmayan Zaher əs-Sakat iddiasını heç bir dəlil təqdim etməyib.

 

APA-nın Britaniyanın “Telegraph” nəşrinə istinadən verdiyi xəbərə görə, general Zaher əs-Sakat 2013-cü ilədək Suriya Silahlı Qüvvələrinin 5-ci diviziyasının kimyəvi silah hissəsinin komandiri olub. 2013-cü ilin martında general ordudan fərarilik etsə də, məlumata görə, Suriyadakı bəzi  rəsmi şəxslərlə əlaqəsini saxlayıb.      

 

“Onlar (hakimiyyət) yalnız 1300 ton silaha malik olduqlarını etiraf ediblər, lakin biz bilirik ki, reallıqda kimyəvi silahların həcmi iki dəfə çoxdur... Onlar azı 2 min ton kimyəvi silaha malikdirlər”, - deyə Zaher əs-Sakat qeyd edib.   

 

Generalın sözlərinə görə, gizlədilən kimyəvi silah ehtiyatı bir neçə yüz ton zarin, prekursor, kimyəvi vasitələrlə doldurulmuş aviabombalar və “Skad” raketləri üçün nəzərdə tutulmuş kimyəvi başlıqlardan ibarətdir.   

 

Generalın sözlərinə görə, tonlarla kimyəvi döyüş sursatı Homs yaxınlığındakı dağlıq ərazidə yaradılmış gücləndirilmiş  dayaq məntəqələrinə və Tartus yaxınlığındakı Cabla şəhərinə aparılmışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar