İsrailin keçmiş baş naziri Ehud Olmertə 8 ay həbs cəzası verilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Qüds bölgə Məhkəməsi ABŞ-lı bir iş adamından rüşvət aldığına görə ölkənin keçmiş baş naziri Ehud Olmert 8 ay həbs və 150 min dollar pul cəzası təyin edib.
Qeyd edək ki, keçən il Tel-Əviv Məhkəməsi də Ehud Olmertin Qüds bələdiyyə sədri olduğu dövrdə rüşvət almaqda təqsirləndirililərək 6 il həbs və 290 min dollar pul cəzası vermişdi.