Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verən Mixail Saakaşvilinin xanımı Sandra Rulofs deputat mandatından imtina edib.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Anna Mikeladze bildirib.
Qeyd edək ki, S. Rulofs Saakaşvili tərəfindən yaradılmış “Vahid milli hərəkat” partiyasından deputatlığa namizəd idi.